27 
Noy
2014
18:19
61
89
9725
Virtual karabakh

Uşaq meydançasından podiuma - FOTO

27 Noy, 2014
18:19
9725

Uşaq meydançasından podiuma - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

9 yaşlı rusiyalı qız KİV-in ulduzu və “dünyanın ən gözəl qızı” oldu.

Kristina Pimenova məktəbin ibtidai sinfində olmasına baxmayaraq, “gələcək top-model” və “dünyanın ən gözəl qızı” tituluna layiq görülüb, dünya KİV-i, məşhur dizaynerlər və sosial şəbəkələrdə çoxsaylı pərəstişkarları onu belə adlandırırlar.

Kristina dekabr ayının 27-də 2005-ci ildə Moskvada anadan olub və artıq üç yaşından podiumu fəth edib – məhz bu yaşında anası keçmiş model Qlikeriya Şirokova onu gənc modellər məktəbinə verib. Atası futbolçu Ruslan Pimenov qızının bu erkən karyerasına qarşı deyil.

Qızcığazın Facebook-da 2 milyondan çox, İnstagram-da isə 300 minə yaxın izləyicisi var. Müqayisə üçün bildirək ki, ən məşhur rusiyalı model Natalya Vodyanovanın Facebook-da yalnız 290 min pərəstişkarı var.

O, kiçik yaşında Pimenova Dolce&Gabbana-nın feşn-göstərisində iştirak edib, Vogue dəb jurnalının uşaqlar üçün versiyasında üz qabığı üçün çəkilib, Roberto Cavalli və Benetton üçün reklamlara çəkilib, Kinderin uşaq şirniyyatlarının siması olub.  

“Nə fikirləşəcəyini bilmirsən: Bu yaşda qızlar oynamalıdırlar. Amma etiraf etmək lazımdır ki, onun mələk siması var”, - We Heart Fashion bloqunda müəllif təəccüblənir.

Avstraliyannın News.com.au nəşri isə Pimenova haqqında materialı “Gözəl, ya anlaşılmaz?” adlandırıb. Jurnalistlərin xüsusi narahatçılığına isə Kristinanın İnstagram akkauntunda olan şəkilləri səbəb olub.  

Müəlliflər fotolarda nəzərə çarpan kosmetikadan, qızın peşəkar pozalarından geyimlərindən də narazıdırlar. Redaksiya hətta bu yaşda uşağın şəxsiyyətinin formalaşdığı bir yaşda böyüklərin həyatını yaşamağın nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirmək üçün psixoloqa da müraciət ediblər. Ekspert narahatlığa bəraət qazandırıb. Şəkillərin bəziləri elə çəkilib ki, uşağın öz-özünə qiymət verməsi həddi aşa bilər. Bu yanaşma isə onun özünə və bədəninə qarşı münasibətində ağır nəticələr verə bilər. Amma psixoloq eyni zamanda model karyerasının birmənalı olaraq uşaqların psixologiyasına mənfi təsir göstərəcəyini hesab etməyin düzgün olmadığını vurğulayıb.

Pərəstişkarların fikri:

Pimenovanın şəkilləri sosial şəbəkələrdə minlərlə və bəzən hətta on minlərlə like yığır. Amma rəyləri oxusaq görərik ki, bəzi izləyicilərin bunun doğru olmasına dair şübhələri var.

“O, gözəl uşaqdır, amma bəzi şəkillərə mat qalırsan. Uşaqların həyatı belə olmalı deyil. Allah xətrinə, onun yaşı çox azdır axı”, - rəylərdən birində yazılıb.

“Mən ümid edirəm ki, o həyatda əsas şeyin xarici görünüşün olduğu fikrinə düşməyəcək. O, indi necə görünmək haqqında fikirləşməməli, qaçmalı, oynamalıdır”, - digər abunəçi hesab edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri