19 
Dek
2014
18:18
209
106
26548
Virtual karabakh

Keyt Apton 2014-cü ilin ən seksual qadını seçildi – FOTO

19 Dek, 2014
18:18
26548

Keyt Apton 2014-cü ilin ən seksual qadını seçildi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yaxşı qadın aktyor işi üçün mükafat Cenifer Enistona çatıb.

Amerikanın “People” jurnalı 2014-cü ilin ən məşhur ulduzlarının reytinqini dərc edib, nəşrin onlayn-versiyası bildirib.     

Oxu.Az xəbər verir ki, ən seksual qadın olaraq Victoria's Secret iç və çimərlik geyimlərinin üzü – plus-size bədən formalı Keyt Apton seçilib.

Bununla yanaşı, ilin top-modeli Victoria`s Secret-in digər “mələyi” – Karli Kloss seçilib. “Stil ikonası” müğənni Qven Stefani, “rol modeli” – aktrisa Keyt Hasdson, “ilin universal adamı” isə - müğənni Cennifer Lopez seçilib.

Nəşr həmçinin tele və kino-industriyanın nümayəndələrini qiymətləndirib. Ən yaxşı qadın aktyor işinə görə mükafat Cenifer Enistona (“Tort” filmi) təqdim edilib. 2014-cü ilin ən yaxşı kişi aktyor işinə görə isə mükafat “Berdmen” filmindəki rola görə Maykl Kitona verilib.

Teleseriallarda ən yaxşı rolları Liza Kudrou (“Dostlar”, “Qayıdış”) və Con Hemm (“Ağılsızlar”) alıb. İlin komediya ulduzu Kevin Hart oldu. “İlin aparıcısı” adına isə Cimmi Fellon (NBC telekanalı) layiq görülüb.

Top-list ilə daha detallı şəkildə “People” saytında tanış olmaq olar.

Bir ay öncə “People” Kris Hemsvortu bu ilin ən seksual aktyoru adlandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri