19 
Dek
2014
23:27
138
120
14105
Virtual karabakh

Röya konsertində göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

19 Dek, 2014
23:27
14105

Röya konsertində göz yaşlarını saxlaya bilmədi - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ən qorxduğum şey mahnının sözlərini unutmaqdır”.

Bu gün müğənni Röya Ayxanın “Sənə ehtiyacım var” adlı solo konserti baş tutub. 

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, səhnəyə çıxmazdan əvvəl media ilə görüşən ifaçı sualları cavablandırıb. O, səhnəni heç bir duet ortağı ilə bölüşməyəcəyini deyib:

“Gecədə ancaq özüm oxuyacam. Bircə qardaşım arada çıxıb, iki mahnı səsləndirəcək. Əslində mən İsmayılın müğənni olmasını istəmirəm. Bu sənət yaxşı deyil. Həm də ailədə bir müğənni olar. İndi hobbisidir, hələ ki, oxuyur. Həyəcanlıyam. Ən qorxduğum şey isə mahnının sözlərini unutmaqdır”.

Gecənin aparıcısı əməkdar artist Murad Dadaşov olub. Səhnəyə çıxan R.Ayxan bir-birinin ardınca sevilən mahnılarnı səsləndirib. “Səni günlərim” mahnısını ifa edərkən sənətçi sözləri iki dəfə unudub. Maraqlı söhbətləri ilə yadda qalan Röya hər kəsə təşəkkür edib:

“2005-ci ildən konsert verirəm. Hər il birinci sırada eyni adamlar olur. Mən çoxunuzu dəyişsəm də siz məni dəyişmədiniz. Bu gecə çoxlu mahnılar oxuyacam. Axşam instaqramda sizlərin fikirlərini gözləyəcəm”.

R.Ayxan mərhum xalq artisti Məhəbbət Kazımovun “Laçınım” mahnısını səsləndirərkən göz yaşlarını saxlaya bilməyib. Gecədə yeni albomuna daxil olan mahnıları ifa edən müğənni “Xəyanət”i də təqdim edib. Yaddaqalan məqamlardan biri də sənətçinin xalq artisti Zülfiyyə Xanbabayevanın “Darıxmışam” mahnısını oxuması olub.

Akustik mahnılarını səsləndirən Röya gecədə iki dəfə libasını dəyişib.

Qeyd edək ki, müğənni dekabrın 20-də və 21-də də Heydər Əliyev Sarayında konsert verəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri