22 
Dek
2014
11:07
105
35
13368
Virtual karabakh

Kişiləri xəyanətə sövq edən türk şousunu cərimələdilər – VİDEO

22 Dek, 2014
11:07
13368

Kişiləri xəyanətə sövq edən türk şousunu cərimələdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ben bilmem eşim bilir”.

Türkiyənin ən populyar televiziya verilişlərindən birini xanımların öz ərlərinin yad qadınlarla rəqsini izlədiyinə görə cərimə ediblər.

Oxu.Az xəbər verir ki, The Guardian “Ben bilmem eşim bilir” şousunun 410 min türk lirəsi qədər (400 min rubl - 135 min manat) rekord məbləğ ödəməli olacağını yazıb.  

Ölkənin Ali Radio və Televiziya Şurasının qərarına əsasən (RTUK) rəqs epizodu “ictimai mənəviyyata ziddir və ailənin türk strukturunu məhv edir”, bundan başqa “qadınlar proqramda seksual obyekt kimi qəbul edilirdilər”.

“Biz proqramın ailə konsepsiyasına zidd olduğunu qərara aldıq. İştirakçıları belə xoşagəlməz vəziyyətə qoymaları çox iyrəncdir”, - RTUK rəhbəri Davut Dursun bəyan edib.

Cari ilin noyabr ayında Türkiyənin hərbi məktəblərinin müdavimlərinə “İqra prestolov” serialına baxmaq qadağan edilib.

Ölkənin Silahlı qüvvələrinin nümayəndələri müvafiq maddəni təhsil qaydaları toplusunun “tələbələrin müdafiəsi” bölməsinə əlavə ediblər.  

Təşəbbüskarların fikrincə belə serialların baxılmasına qadağa, tələbələri “seksual istismardan, pornoqrafiyadan, eksqibisionizmdən, zorakılıqdan və digər neqativ davranışlardan kənarlaşdıracaq”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri