10 
Okt
2013
16:54
39
29
9283
Virtual karabakh

Moskvada Emin Ağalarovun restoranı yandı – Video

10 Okt, 2013
16:54
9283

Moskvada Emin Ağalarovun restoranı yandı – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanğın sahəsi bir neçə kvadrat metr təşkil edir”.

Rusiyanın paytaxtı Moskvada bir neçə yanğınsöndürən maşın Rose Bar restoranının dam örtüyündə baş vermiş yanğın barədə siqnalla hərəkətə keçiblər. 

Oxu.Az Life News-a istinadən xəbər verir ki, ilkin məlumata görə yanğına binanın damında ağac örtüyün alışması səbəb olub. 

“Yanğının sahəsi bir neçə kvadrat metr təşkil edir. Açıq yanma müşahidə olunmur, lakin közərən materiallardan güclü tüstü çıxır” – deyə, yanğınsöndürənlər bildiriblər.

Rusiya FHN-nin Moskva üzrə mətbuat xidmətindən faktı təsdiqləyiblər.  

“Restorana bitişik tikili yanıb, alışma yeri dam örtüyündə olub. Zərərçəkmiş yoxdur, təxliyyə aparılmayıb. Yanğın yerli vaxtla saat 11:50-də söndürülüb” – deyə, FHN-nin Moskva üzrə Baş idarəsinin növbətçi zabiti Sergey Vlasov bildirib.

Qeyd edək ki, adı çəkilən Rose Bar restoranı məşhur azərbaycanlı müğənni Emin Ağalarova məxsusdur.



www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri