28 
Yan
2015
10:15
12
29
1800
Virtual karabakh

Azərbaycandan olan iştirakçı “O səs Türkiyə”ni tərk etdi - VİDEO

28 Yan, 2015
10:15
1800

Azərbaycandan olan iştirakçı “O səs Türkiyə”ni tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, “Dadaloğlu” parçasını səsləndirib.

“O səs Türkiyə” yarışmasında “Çarpaz duellər” başlayıb. 

Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, yeni mərhələnin ilk günündə Cənubi Azərbaycandan olan iştirakçı Yaser Ehsan səhnəyə çıxıb.

Gökhan Özoğuzun komandasında yarışan Yaser Cem Karacanın repertuarından “Dadaloğlu” parçasını səsləndirib. Tamaşaçı səsverməsində o, Mazhar-Özkan cütlüyünün təmsilçisi Ceydaya qarşı yarışıb. 

Sonda çox az səs faiziylə geridə qalan həmyerlimiz yarışmanı tərk edib.

Qeyd edək ki, “TV8” kanalında Acun İlıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıblar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri