28 
Yan
2015
11:15
55
34
3833
Virtual karabakh

Doğuş Xoşqədəmdən uşaq istədi

28 Yan, 2015
11:15
3833

Doğuş Xoşqədəmdən uşaq istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir də bəbişimiz olsa...”.

Xoşqədəmi ilk dəfə görəndə təsirinə düşdüm. Mələk kimi gözləri var idi. Etiraf edirəm, təsirinə düşdüm. Həyat yoldaşım olduğu üçün çox xoşbəxtəm.

Oxu.Az Ailem.az-a istinadən xəbər verir ki, bu sözləri ATV kanalının tanınmış aparıcısı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş CNN Türk kanalında dünən gecə yayımlanan “Burda laf çok” adlı proqramda deyib.

Verilişdə iki mahnıdan ibarət yeni albomu - “Yenidən Doğuş”u tanıtdıran Doğuş deyib ki, dünyada ailədən daha əhəmiyyətli bir şey yoxdur:

“Hamımızın səhvləri ola bilər. Bəlkə də bu “Yenidən Doğuş” həyat yoldaşımla evləndikdən sonrakı yenidən doğuşdur”.

“Həyat yoldaşım mənim ikinci şansımdır” deyən Doğuş çox xoşbəxt olduğunu bildirib:

“İndi bir dənə də uşağımız olsa, tamamdır, daha nə olsun!?”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri