29 
Yan
2015
15:46
219
39
15588
Virtual karabakh

Hafiz Hacıyev: Tolikin qulağını kəsəcəm

29 Yan, 2015
15:46
15588

Hafiz Hacıyev: Tolikin qulağını kəsəcəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən o şəkilləri sayta verəcəm”.

Prodüser Toliklə partiya sədri Hafiz Hacıyev arasında olan qalmaqal böyüməkdədir.

Oxu.Az xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşına açıqlama verən Hafiz Hacıyev prodüseri hədələyib:

“Məcburam ki, Tolik kimilərinin qulağını kəsim, vəssalam. Onun kimi mənəviyyatsız, Azərbaycan xalqının milli mentalitetinə yaraşmayan küçə uşaqlarını üzə çıxartmaq olmaz. Belələrini görəndə az qala başımı götürüb Azərbaycandan getmək istəyirəm, belə bir cəmiyyətdə yaşadığım üçün özümə nifrət edirəm. Üzümü tuturam televiziya rəhbərlərinə. Axı sizin də ailəniz, övladlarınız televiziyaya baxır, onları efirə buraxmaq olmaz. Artistlərə də bildirirəm ki, onu prodüser kimi yanlarında gəzdirməsinlər”.

Partiya sədri Tolikin “sənin kimi kişilər mənim zövqümdə deyil” sözünə də münasibət bildirib:

“Əlbəttə ki, onun zövqündə ola bilmərəm. Onun zövqündə olanlar Tolikin qaş-göz etməsinə gülümsəyən kişilərdir. Biz elələrindən ola bilmərik axı, biz millətimizin adət-ənənəsini qoruyan kişilərik”.

Hafiz Hacıyev onu da qeyd etdi ki, prodüser Tolikin əxlaqsızlığına aid əlində xeyli şəkillər var:

“Əgər özünü düzəltməsə mən o şəkilləri sayta verəcəm. O, hər gün “Azadlıq” metrosunun yaxınlığında yerləşən parkdakı çayxanaya gəlir. Orda oturub kişilərə göz-qaş edir, min hoqqadan çıxır. Bizim partiyanın da bir filialı “Azadlıq” metrosunun yaxınlığındadır. Buna görə Tolikin orda etdiyi mənəviyyatsız hərəkətlərini tez-tez görürük, əməkdaşlarımız onun xeyli əxlaqsız şəkillərini çəkib.

Bu xəstəliyi Azərbaycana gətirənlərə lənət olsun. İndi Avropa belə şeylərə adi baxa bilər, biz axı Avropada yaşamırıq”.

Xatırladaq ki, “Xəzər” televiziyasında canlı yayımda Sevil-Sevinc bacılarının milli valyutamız olan manatı cırması Hafiz Hacıyevlə prodüser Tolik arasında söz davası yaradıb. Hər şey Tolikin partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxmasından sonra olub.

Öz növbəsində lent.az-a açıqlama verən Tolik ona ünvanlanan ittihamlara cavab verib:

“Sən mənim qulağımı kəsəcəksənsə, telefon nömrəmi bilirsən, zəng et, görüş üçün məkan təyin elə. Mən də gəlim həmin məkana. Əgər gəlməsən, qulağımı kəsməsən, sən kişi deyilsən. Mən gəlməsəm, mən kişi deyiləm. Gələcəm.

Nömrəmi istənilən müğənnidən, müxbirdən öyrənə bilərsən. Demirsən ki, hər gecə məni “Azadlıq” metrosu tərəfdə görürsən? Elə orada da məni tut, qulağımı kəs. Mən heç “Azadlıq” metrosu tərəfə getmirəm. Yalandan özündən söz çıxartmasın. Mənim biabırçı şəklim yoxdur. Varsa, göstərsin. Bir daha ona cavab verməyəcəm”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri