30 
Yan
2015
11:00
18
81
7402
Virtual karabakh

Mətanət: Tanış olandan 15 gün sonra toyumuz oldu

30 Yan, 2015
11:00
7402

Mətanət: Tanış olandan 15 gün sonra toyumuz oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dedi ki, sən yaşca məndən böyüksən, bəs utanmadın?”.

Müğənni Mətanət Əsədova ATV-nin “Səs verməyin” verilişində şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, Publika.az-ın məlumatına görə, xanım sənətçi keçmiş həyat yoldaşından boşanmasının səbəbini açıqlayıb: 

“Onunla tanış olandan 15 gün sonra toyumuz oldu. Heç özünü də düz-əməlli tanımırdım. Dayım qızı məni məcbur elədi ki, heç olmasa, gedək üzünə bax, gör kimə ərə gedirsən. Bir dəfə dayım qızı ilə onu görməyə getdim. Dayım qızına dedim ki, sən qabaqda durarsan, mən arxanda dayanıb onun üzünə baxacağam. Ümumiyyətlə, belə olmağıma baxmayın, çox utancaq idim. Elə indi də eləyəm. Gördüm ki, oğlan yaraşıqlı, mədəni bir insandır. Toyumuzdan üç gün keçməmiş o mənə dedi ki, sən yaşca məndən böyüksən, bəs utanmadın mənə ərə gəldin? Elə bil başıma qaynar su tökdülər. Boşandıq. Elə adamla bir yerdə yaşaya bilməzdim”.
 
Mətanət sonradan keçmiş ərinin onunla barışmaq istədiyini də bildirib: “Sonralar mənə barışıq təklifi etdi. Amma bir onda eşitdim ki, evlənib. 7 aydır ki, evlidir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri