30 
Yan
2015
12:52
93
36
2768
Virtual karabakh

İrina Dubtsovanın Bakı konserti təxirə salındı

30 Yan, 2015
12:52
2768

İrina Dubtsovanın Bakı konserti təxirə salındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni təcili xəstəxanaya yatırılıb.

Bu gün axşam Şeremetyevo aeroportundan Bakıya uçan təyyarədə İrina Dubtsova huşunu itirib.

Oxu.Az 7days.ru-ya istinadən xəbər verir ki, Bakıya solo konsertə gəlməyə hazırlaşan aktrisa, təcili yardım maşını ilə aparılıb və Lapino klinikasına yatırılıb.

Hal-hazırda İrina Dubtsovanın kollektivi və direktoru Bakıda baş verənlərdən məlumatsızdırlar.  

“İrina orta-ağır vəziyyətdədir, uçuşlar və istənilən yerdəyişmələr sağlamlığına böyük ziyan vura bilər. Dəqiq diaqnoz ümid edirik ki, gün ərzində qoyulacaq”, - həkimlər hal-hazırda bildiriblər.

Müğənninin səhhətində yaranan problemə görə Bakı konserti ləğv edilib.

İrina Dubtsovanın konsert təşkilatçıları Oxu.Az-a bildiriblər ki, müğənninin Bakı konserti baş tutacaq.

“Konsert fevralın 13-ü baş tutacaq, alınan biletlər qüvvədədir. Biz hələ ki, həkimlərlə əlaqədəyik. Anlayış üçün hamıya təşəkkürlər”.

Qeyd edək ki, İrina Dubtsovanın konserti yanvar ayının 30-da Heydər Əliyev adına sarayda baş tutmalı idi.

E.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri