30 
Yan
2015
16:53
59
215
22103
Virtual karabakh

Qadın özünü eBay-da satışa çıxarıb – FOTO

30 Yan, 2015
16:53
22103

Qadın özünü eBay-da satışa çıxarıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, “işlənmiş olsa da, kuzası yaxşı vəziyyətdədir” yazaraq özünü təsvir edib.

Məşhur internet-hərrac eBay-ın alıcıları özünü satışa çıxaran Böyük Britaniyalı xanımı görəndə çox təəccübləniblər.  

Oxu.Az Metro-ya istinadən xəbər verir ki, 49 yaşlı, iki uşaq anası Lois Kertis, onu “sərt yandırıb-yaxan yunan kişisinin” alacağı ümidi ilə özünü satışa çıxarıb.

Qadın satışa çıxarılan malın mütləq təsvir bölməsində özünü “işlənmiş olsa da kuzası yaxşı vəziyyətdədir” yazaraq təsvir edib. Eləcə də Kertis qeyd edib ki, “gözəl kuzası və yumor hissi var”.

Həmçinin qadın təsvirdə “geri qaytarılmır” qeydini yazmağı da unutmayıb.

Şən britaniyalı qadın özünü internet-hərracda Yunanıstandan olan tanışının məsləhəti ilə satışa çıxarıb. Amma arzu etdiyi ölkədən Kertisə təkliflər gəlməyib. Amma digər ərazilərdən qadını almağa razılaşan bir neçə kişi onun üçün 205 funt ödəməyə razılıq veriblər. 24 saatdan sonra Lois Kertis hərracdan öz “lot”unu silib.

İki uşaq anası öz təcrübəsini təkrar edəcəyini istisna etməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri