18 
Fev
2015
02:56
515
75
49569
Virtual karabakh

Elnur “O səs Türkiyə"nin finalında – VİDEO

18 Fev, 2015
02:56
49569

Elnur “O səs Türkiyə"nin finalında – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.

“O səs Türkiyə”nin yarımfinal gecəsində azərbaycanlı iştirakçı Elnur Hüseynov səhnəyə çıxıb.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, əvvəlcə Ebru Gündəşin komandasında yer alan Elnur onunla birlikdə Ay qız mahnısını ifa edib:

Daha sonra Elnur musiqisi Tofiq Quliyevin, sözləri Rəsul Rzanın olan “Yalqızam yalqız” əsərini oxuyub.

Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk səsvermədə “altılıq”da yer alıb.

Şərtlərə əsasən ən az səs yığan iki nəfər yarışmanı tərk etdikdən sonra digər ifaçılar növbəti dəfə çıxış ediblər. 

Bu dəfə isə E.Hüseynov Serab Erenerin repertuarından “Vur yüreğim” mahnısını səsləndirib.

Azərbaycanlı iştirakçı növbəti səsvermə nəticəsində final dördlüyünə vəsiqə qazanıb.

O, sabah final gecəsində qalib olmaq üçün yarışacaq.

Qeyd edək ki, bütün iştırakçılar və münsiflər heyəti bir neçə gün əvvəl qətlə yetirilən Özgecan Aslanın xatirəsinə hörmət olaraq verilişə qollarında sarğı ilə çıxıblar.

Xatırladaq ki, “TV8” kanalında yayımlanan Acun İlıcalının aparıcısı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alırlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri