25 
Fev
2015
23:53
48
292
18946
Virtual karabakh

Hacıbaba Bağırovun qızına kömək lazımdır - FOTO

25 Fev, 2015
23:53
18946

Hacıbaba Bağırovun qızına kömək lazımdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atamın hər şeyi ikinci xanımının adına idi”.

Xalq artisti, mərhum aktyor Hacıbaba Bağırovun ilk ailəsindən olan qızı Lalə Bağırova kömək üçün “Öz aramızda” verilişinə müraciət edib.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, ürəyindən əziyyət çəkən L.Bağırova əməliyyat üçün maddi yardım istəyib:

“Müayinə olunmuşam, dedilər ürəyində əməliyyat lazımdır. Bu da 8 min manata başa gələcək”.

Mərhum aktyorun qızı atası ilə münasibətlərindən də danışıb:

“Hacıbaba Bağırovun rəsmi qızıyam. Atam da, anam da dünyasını dəyişdi, təkəm. Həyatda məni saxlayan qızımdır. Heç kimim yoxdur. Qızım olmasaydı, bura gəlib, sizdən heç nə istəməzdim. Balamın sabah tək qalmaması üçün bura müraciət etdim. Bu vaxta qədər nə özümü reklam, nə də atamın adından istifadə etmişəm. Atamdan yerlə-göy qədər razıyam. Son dəqiqəsində onun halallığın almadım. O, xəstəxanada idi. Mənə demədilər. Biz həmişə ünsiyyətdə olmuşduq, nəvəsini çox istəyirdi. Mənə atamdan heç nə qalmayıb. İndi anamın evində yaşayıram. 2010-cu ildə anam dünyasını dəyişəndən sonra ev mənim adıma keçdi. Atamın hər şeyi ikinci xanımının adına idi. Heç ondan qalan mirasdan pay da istəmirəm”.

H.Bağırovun sonuncu həyat yoldaşı Arzu Bağırova verilişə zəng edərək bunları deyib:

“Hacıbaba müəllim qızı ilə küsülü idi. O, can verəndə dedim ki, bəlkə Laləyə zəng edim barışasan? Dedi: “Əgər ölümümü tezləşdirmək istəyirsənsə, et”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri