Mar
2015
11:07
188
101
20830
Virtual karabakh

Röya: Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir – VİDEO

2 Mar, 2015
11:07
20830

Röya: Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamının şəxsi həyatını qoyacam ortaya..”.

Müğənni Röya Ayxan qalmaqallı geyimindən danışıb.

Oxu.Az xəbər verir ki, ifaçı onun geyiminə söz atanlara ATV telekanalında yayımlanan “Onlar” verilişi vasitəsilə cavab verib:

“Hamının fikrinə hörmətim var. Ona görə susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün mən gödək, sabah isə sinəsi və ya beli açıq geyinə bilərəm. İncəsənət adamıyam... Sənin mənə söz deməyə haqqın yoxdu. Mən sənə deyirəm ki, harada, kimə nə satırsan? Susuram, o demək deyil ki, heç nə görmürəm, eşitmirəm... Məndə hər şey gözə girir. Bunlar hər şeyi gizli edir. Hamısı namus, qeyrətdən danışmağa öyrəşiblər.

Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam.

Haqqımda danışmasınlar. Yoxsa, hamının şəxsi həyatını qoyacam ortaya. Bəyəm, hansı kişinin sevgilisi olmur? Hər şeyi açıb danışaram. Mənə barmaq uzatmayın.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri