Mar
2015
13:52
17
26
2138
Virtual karabakh

Lalə Məmmədova: İki əkiz qardaşım rəhmətə gedib

2 Mar, 2015
13:52
2138

Lalə Məmmədova: İki əkiz qardaşım rəhmətə gedib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əli, ayağı olan övladını ana doğratdırır, Allaha qarşı çıxır”.

İkinci qız uşağı olanlara 10 min manat depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi bu gün “Gün üzü”nün müzakirə mövzusu olub.

Oxu.Az ATV.az-a istinadla məlumat verir ki, iki qız anası olan ifaçı Lalə Məmmədova övladları barədə danışıb: 

“Neçə vaxtlardı bu söhbət gedir. Hər sahədə inkişaf getsə də, içimizdəki cahillik qalıb. Necə olur ki, əli, ayağı olan övladını ana doğratdırır, Allaha qarşı çıxır. Bu çox ayıbdır. Mənim üçün o 10 min manat söhbəti var deyim ki, mənim övladımın qiyməti yoxdur. "UZİ"də övladımın balaca barmaqlarını görüb, onu artıq sevirdim. Heç bilmirdim o qızdı, ya oğlandı. Bunun nə fərqi var ki?! Övlad övladdır”.

Beş bacısı olan ifaçı rəhmətə gedən qardaşları barədə də danışıb:

“O vaxtlar elm, texnika bu qədər inkişaf etməmişdi. Heç valideynlərim bilməyib ki, qızları ya oğlanları olacaq. İki əkiz qardaşım rəhmətə gedib. Anadan olublar, bir neçə gün keçib, sonra rəhmətə gediblər”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri