Mar
2015
19:44
12
33
4212
Virtual karabakh

“Miss Germany 2015" seçildi –FOTO + VİDEO

2 Mar, 2015
19:44
4212

“Miss Germany 2015" seçildi –FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni kraliça 450 xalla bütün namizədləri keçməyi bacarıb.

Almaniyanın ən qədim gözəllik yarışması olan və 1927-ci ildə başlayan, 88 ildən bu yana davam edən “Miss Germany 2015” müsabiqəsinin finalı başa çatıb.

Oxu.Az xəbər verir ki, Almaniyanın ən gözəl qızı seçilən Olga Hoffmann-a tacı ölkənin məşhur dizayneri  və maraqlı geyim tərziylə gündəmdən düşməyən stilisti Harald Glööckler taxıb.

Təxminən 1000 nəfər qonağın izlədiyi final gecəsində yaşları 17-28 olan 24 finalist, gözəllərə bal verən 18 nəfərlik münsiflər heyətinin işi çox da asan olmayıb. Bir-birindən gözəl finalçılara səs verən münsiflər heyətinin tərkibində idman, sənət, şou, maqazin və siyasi aləmin tanınmış simaları yer alıb.

Yarışmanın üçüncüsü 230 xalla podiuma 13-cü sırada çıxan “Miss Brandenburg” kraliçası Lisa Wargulski  seçilib. Podiuma 23-cü sırada çıxan “Miss Bavyera” kraliçası Julia Kraml 270 xalla yarışmanın ikincisi olub. “Miss Germany 2015”adına layiq görülən “Miss Pearl Tv” kraliçası Olga Hoffmann  podiuma 15-ci sırada çıxıb. Yeni kraliça Olga Hoffmann 450 xalla bütün namizədləri keçməyi bacarıb.

Finalçıya bahalı hədiyyələr verilib. Bunların içərisində kosmetika, geyim, qızıl, səyahət kimi hədiyyələr də var. “Miss Germany 2015” kraliçası ilə birillik modellik kontraktı imzalanıb və “Citroen DS 3” markalı avtomobil bağışlanılıb.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri