Mar
2015
19:08
9
51
5986
Virtual karabakh

Cindar Həsəndən rəqqasə Fatimə ilə bağlı şok açıqlama

2 Mar, 2015
19:08
5986

Cindar Həsəndən rəqqasə Fatimə ilə bağlı şok açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Bunların hamısını hiss etdiyimə görə, halım pisləşdi və yıxıldım".

Cindar kimi tanınan ekstrasens Həsən Həsrətli maraqlı açıqlama verib.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, o, bildirib ki, ötən günlərdə çəkilişlərdən birində olarkən qəflətən halı pisləşib və yerə yıxılıb.

Həsən qarşısında oturan insandan neqativ enerji aldığını deyib:

"Verilişlərdən birində qonaq qismində iştirak edirdim, mənimlə birlikdə rəqqasə Fatimə və digər sənətçilər də var idi. Fatimə xanımdan çox pis mənfi enerji gəldi mənə, ona cadu ediblər. Bunların hamısını hiss etdiyimə görə, halım pisləşdi və yıxıldım. Çəkiliş qrupu təcili tibbi yardım çağırdılar, həkimlərin köməyi ilə özümə gəldim".

Həsən Həsrətli yaşananlardan sonra efirlərə çıxmayacağına qərar verib. O, bu addımı atmağa məcbur olduğunu bildirib:

"Bir müddət hər yerdən uzaqlasmağımın səbəbi səhhətimdə yaranan problem oldu. İndi yaxşıyam. Bəlkə də Vətəndən uzaqlarda olacam".

Qeyd edək ki, şənbə günü ANS TV-nni efirində yayımlanan "A-dan Z-yə" verilişinin anonslarında qəfildən yıxılaraq üstünə təcili tibbi yardım briqadası çağırılanın kimliyi açıqlanmır. Anonslardakı görüntülərin verilişdə verilməməsi televiziya tamaşaçılarının çaşqınlığına səbəb olub. Həsən Həsrətlinin bu açıqlamasından sonra isə halı pisləşib yıxılan məşhurun məhz o olduğu ehtimal edilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri