13 
Mar
2015
13:55
139
851
96562
Virtual karabakh

Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEO

13 Mar, 2015
13:55
96562

Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni ATV-dən qovuldu.

Bu gün ATV-nin canlı efirində qalmaqal baş verib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu tanımadığını bəyan edib.

O, Sami Yusufla bağlı “Haranın zibilidir ki?” fikrini səsləndirib.

Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:

“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.

Nadir Qafarzadənin meneceri açıqlamasında bildirib ki, müğənniyə sözügedən hadisədən sonra kanal tərəfindən qadağa qoyulduğu deyilib. Müğənninin meneceri daha sonra bildirib ki, Nadiri reklam fasiləsində heç kim qovmayıb, o, tənqid olunduğu üçün verilişi tərk edib.

Videonu a24.az saytı təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri