30 
Mar
2015
14:42
23
15
1821
Virtual karabakh

Tanınmış aktyorlar “Tərkedilmiş” filminin premyerasına Bakıya gələcəklər - FOTO + VİDEO

30 Mar, 2015
14:42
1821

Tanınmış aktyorlar “Tərkedilmiş” filminin premyerasına Bakıya gələcəklər - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə KİV-i ekran əsərini yüksək qiymətləndirib.

Bakıda aprelin 2-də Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərkedilmiş” dram filminin premyerası keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Tərkedilmiş” filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”.

Xatırladaq ki, azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərində tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər.

Filmin İstanbulda premyerası martın 27-də baş tutacaq. Premyeradan sonra film Türkiyənin 174 kinoteatrında nümayiş olunacaq.

“Tərkedilmiş” filminin premyerası Bakıda aprelin 2-si Nizami Kino Mərkəzində baş tutacaq. Premyerada “Tərkedilmiş” filminin yaradıcı heyəti, Türkiyənin tanınmış kino ulduzları, eləcə də Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, şou-biznes nümayəndələri iştirak edəcəklər. Aprelin 2-dən etibarən ekran əsəri bütün kinoteatrlarda nümayiş olunacaq.

Qeyd edək ki, Türkiyə KİV-i azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevin baş rolları ifa etdiyi ekran əsərini yüksək qiymətləndiriblər.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri