30 
Mar
2015
14:49
37
161
20131
Virtual karabakh

Günay İbrahimli: O insanla münasibətim yoxdur – MÜSAHİBƏ + FOTO

30 Mar, 2015
14:49
20131

Günay İbrahimli: O insanla münasibətim yoxdur – MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Özümdə bu ehtiyacı duymuram”.

Oxu.Az populyar və sevilən müğənni Günay İbrahimli ilə müsahibəni təqdim edir:

-Yeni işbirliyinizdən danışın. Artıq prodüser Toma  ilə çalşırsınız. Yeni kollektivlə tanışlığınız necə oldu?

-Artıq neçə aydır ki,Toma ilə çalışıram, işimdən məmnunam. Şükür, hər gün yeni layihələrin üzərində işləyirik. Həqiqi mənada, nəhayət,  gözlədiyim iş rejmini yaşaya bilirəm.

-Məlumdur ki, Toliklə aranızda soyuq küləklər əsirdi. Amma son aylar sizi məclislərdə birlikdə tez-tez görürük...

-Bəli, bilirsiniz ki, Tolik Eltonla işləyir və Toma ilə də yaxın dostdurlar. Əslində bizim aramızda  elə də böyük problem olmayıb, amma onu yaxından tanıdım və çox istədim. Bir neçə gün görüşməyəndə, hətta biri-birimizlə zəngləşirik ki, darıxdıq, əsl dost kimi, yəni iş baxımından yox. Bir də görürsünüz ki, birlikdə Gürcüstana gedirik.

-Sevgilinizdən yeni ayrılmısınız. Mətbuatda da bu haqda yazıldı. Ayrılıq səbəblərindən biri də onun sizin sənətinizə qadağa qoyması deyildi ki?

-Bu haqda ümumiyətlə danışmaq istəmirəm,nə sevgilim var, nə də başqa bir şey. Mənim sevgilim mənim sənətimdir. Elə gərgin qrafiklə işləyirəm ki, yalnız iş barəsidə düşünürəm,yeni mahnılar, klip, albom və konsertlərim var.

-Novruz bayarmını harada və kiminlə qeyd etdiniz?

-Bütün sənət həmkarlarım kimi işdə, tədbirlərdə olduq, amma axşam ailəmlə- bacımla, qardaşımla birgə qeyd etdik, bayram aşından da yedim.

-Rellaşdırmaq istədiyiniz ən böyük layihə hansıdır?

-Heydər Əliyev sarayında etmək istədiyim konsertdir və yavaş- yavaş ona hazırlaşırıq.

-Hazırda Amerikada yaşayan aparıcı Günel Hümbətova ilə münasibətləriniz yolunda deyil. Barışmaq fikriniz yoxdur ki?

-Ümumiyətlə, mən onunla bağlı söhbət etmək istəmirəm,nə münasibətim var, nə də küsülü deyilik.Bu haqda heç nə danışmaq istəmirəm.

-Bu il ölkəmizi “Eurovision”da təmsil edəcək mahnını bəyənirsinizmi?

-Əslində, hələ ki həmin mahnını eşitməmişəm.

-Günay İbrahimli hazırda estramızda özünü neçənci pillədə görür?

- Hansı pillədə deyə bilmərəm, düşünürəm ki, sevilən müğənniyəm, mahnılarımı sevirlər, amma hansı pillədəyəm onu tamaşaçılar deyə bilər.

-Toma ilə çalışdıqdan sonra burun əməliyyatı keçirməyə razılıq vermisiniz. Başqa hansı plastik-estetik əməliyyata ehtiyac görürsünüz?

-Tomanın tanıdığı gözəl lor həkimi var və əməliyyat etdirsəm o həkimə etdirəcəyəm, amma hələ ki belə bir fikirim yoxdur. Ümumiyətlə, heç bir plastik əməliyata ehtiyac duymuram, nə də ki o yaşdayam. Həm də  Allah verən vücuddur.

-Ümumiyyətlə, botokslu, silikonlu, plastik-estetikli məşhurlara qarşı münasibətinizi bilmək maraqlı olardı...

-Silikon və sair hər şey normada olsa, az miqdarda eləsən, təbiilikdən çıxmasan, mən normal baxıram, qüsurlar varsa, aradan qaldırırsansa, normaldır, amma özümdə bu ehtiyacı duymuram.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri