30 
Mar
2015
14:13
16
66
5141
Virtual karabakh

Məşhur qadın aparıcı: İçkili idim, polis saxladı

30 Mar, 2015
14:13
5141

Məşhur qadın aparıcı: İçkili idim, polis saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Çox gərgin idim".

Aparıcı Elnarə Təhməzova “Bazar səhəri” verilişinin qonağı olub.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, aparıcı özü ilə bağlı maraqlı etiraflar edib. O, hətta içkili halda avtomobil sürdüyünü də deyib:

“Bir dəfə maşınla gəlirdim, polis saxladı. Azca içki içmişdim. Polis sənədlərimi istəyəndə, etiraf etdim ki, içkiliyəm. Deyir, axı bu təhlükəlidir? Deyirəm onsuz evim yaxındadır. Polis mənə elə hörmət etdi ki... Amma bir dəfə başqası məni ağladıb. Manikürdən gəlirdim, saxladılar, təhlükəsizlik kəmərini bağlamamşdım. Sənədlərimi verdim ki, cəzam nədirsə yazın. İsrar edir ki, maşını cərimə meydançasına aparacam. Deyirəm, mənim ora gedəcək qədər böyük günahım olmayıb. Əgər hər kəmər bağlamayanı ora aparsanız, meydançada yer qalmaz. Çox gərgin idim, onu təhqir edə, söyə bilmirdim. Əsəbdən ağladım”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri