30 
Mar
2015
17:43
21
52
7650
Virtual karabakh

Aygün Kazımova onun üçün təcili Bakıya qayıtdı – FOTO + VİDEO

30 Mar, 2015
17:43
7650

Aygün Kazımova onun üçün təcili Bakıya qayıtdı – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həmin an türkiyəli həmkarımız Kutsi də orda olub”.

Bir çox sevilən mahnıların müəllifi, şair və bəstəkar Tural Bayraməliyev ən yaxın dostlarının əhatəsində növbəti doğum gününü qeyd edib.

Oxu.Az xəbər verir ki, səbəbkarın xoş gününə Bayraməliyevin indiyə qədər müəllifi olduğu mahnıların ifaçıları - xalq artisti, pop-diva Aygün Kazımova, əməkdar artist Almaz Ələsgərova, estrada ulduzları - Nadir Qafarzadə, Günay İbrahimli, Sevinc-Sevil bacıları, Elçin Cəfərov, Abdul Xalid, Niyam Salami, Yaşar Yusub, rejissor Aqil M.Quliyev, prodüser Toma Hüseynəliyeva, teleaparıcılar - Zaur Nəbioğlu, Cavid Gül və başqaları təşrif buyurublar.

Say-seçmə məşhurların iştirakı ilə yaddaqalan dost məclisinə aparıcılıq etməyi maqazin jurnalisti və PR menecer Şahin Cavadsoy öz üzərinə götürüb.

Maraqlısı ondadır ki, bu qonaqlar həm də Tural Bayraməliyevin "Unutmuşam" adlı yeni bir bəstəsinin ilk dinləyiciləri olublar.

Xalq artisti Aygün Kazımova ilə iddialı ifaçı Elçin Cəfərovun duet oxuduqları mahnı ayrılıq acısının yaşandığı sevgi tarixçəsindən bəhs edir.

Təqdimat mərasiminə özəl olaraq İstanbuldan təşrif buyuran Aygün xanım qonaqlar qarşısında çıxış edərək Tural Bayraməliyey yaradıcılığı barəsində bunları dedi:

" İlk əvvəl onu vurğulayım ki, bu duet "Azərbaycan bayrağı" layihəsindən sonra dəyərli söz yazarı və çox istedadlı bəstəkar Tural Bayraməliyevlə bizim ikinci işbirliyimizdir. "Unutmuşam" mahnısını məhz Elçin Cəfərovla birgə oxumağımızın təşəbbüskarı, sevimli radio-dj dostumuz Kazım Sübhan bəstənin mənə dinlədəndə qəti şəkildə etiraz etmişdim ki, mən həddindən-ziyadə insanı yandıran, acı sevgini sərgiləyən musiqini ifa edə bilmərəm.

 Məni fikrimdən döndərən əsas hadisə Kazımla, Elçinin İstanbulda olduğum zaman Türkiyəyə gəlişləri oldu. Onlar mənə sürpriz etdilər. Biz mahnının yüksək səviyyədə ərsəyə gəlməsi üçün qardaş ölkənin "Maestro müzik" şirkəti ilə əməkdaşlıq etməyə qərar verdik.

 "Unutmuşam" bütünlüklə türk musiqiçilərinin zəhməti hesabına hazırlandı. Maraqlı bir nüansı xatırladım, sən demə biz Elçinlə səs-yazma studiyasında mahnını lentə aldırdığımız an türkiyəli həmkarımız Kutsi də orda olub. O, səsimizin yazıldığından sonra təəccüb və heyrət içində yaxınlaşıb sözün yaxşı mənasında şaşqın olduğunu dilə gətirdi.

Səs-rejissoru, eləcədə studiyada olan hər kəs bizə sual verirdi ki, bu peşəkarlığın sirri nədir ki, ifamızı bir nəfəsə tamamladıq. Mən fəxrlə Elçinin çox istedadlı müğənni olduğunu və məmləkətimizdə kifayət qədər sevildiyindən danışdım. Əslində bu yaradıcı işimiz 2015-ci ilin ilk həftələrində dinləyicilərə təqdim olunmalı idi. Daha dəqiqi 26 yanvar, mənim doğum günümdə.

Elçin Cəfərovla İlkin Həsənin birlikdə etdikləri aranjiman bir az vaxt apardığından Tural Bayraməliyevin PR meneceri Kazım təklif etdi ki, təqdimatı mart ayında, onun ad günündə edək. Cəmi iki gündür duetimiz YouTube da yayımlansa da yetərincə dinləyici marağına səbəb olub. Demək çəktiyimiz zəhmət boşuna getmədi. Onu da vurğulayım ki, bu Elçinlə ilk duetimiz olsa da yaradıcı işbirliyimizin davamı var. Sürprizlərə hazır olun".

Divanın ətraflı açıqlamasından sonra Elçin Cəfərov da real hitə namizəd olan duetlərindən böyük həvəslə danışdı:

"Aygün Kazımova ilə duet oxumağın özü bir nailiyyətdir. Tural Bayraməliyevə, Kazım Sübhana təşəkkür edirəm ki, Aygün xanımın duet ortağı kimi məni seçdilər. Bacardığımdan artıq çalışdım ki, bu duet mükəmməl şəkildə tamamlansın. Allah əziyyətimizi yerdə qoymadı. Duetimiz çox qısa vaxtda gözlədiyimizdən də artıq marağa səbəb oldu. Bütün komandamızı təbrik edirəm".

Təqdim olunan "Unutmuşam" mahnısını yayımlandığımız linkdən dinləyə bilərsiniz.

Aytən Sadıqzadə

FOTO: Niko Abbasov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri