14 
Apr
2015
10:16
21
44
4794
Virtual karabakh

Murad Azisin mahnısını oxudu - VİDEO + AUDİO

14 Apr, 2015
10:16
4794

Murad Azisin mahnısını oxudu - VİDEO + AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir çox müğənnilər istəsələr də Azisin repertuarına müraciət etmirlər”.

Son dövrlər ifaçılığa başlayan tanınmış bəstəkar-aparıcı Murad Arif məşhur müğənni Azisin “Sen trope” mahnısını ifa edib.

Oxu.Az-a açıqlama verən Murad yeni ifasından danışıb:

"Bilirsiniz ki, məclislərdə tez-tez oluruq. Bu mahnını da el məclislərində insanların necə çox sevdiyinin şahidi olmuşam. Dəfələrlə məndən bu mahnını istəyirdilər. Bir çox müğənnilər istəsələr də Azisin repertuarına müraciət etmirlər. Çünki kompleksləri var. Bu da əbəs yerə deyil. Axı o qalmaqallı, şəxsi həyatı, klipləri ilə hər zaman müzakirə olunur. Mən də isə bir çox şou nümayəndələrindən fərqli olaraq o kompleks yoxdur. Mənə görə mahnının cinsiyyəti olmur. Mahnı ya yaxşı olub, əhval yaradır. Ya da ki pis olub heç kəsə lazım olmur. Məncə bu yaxşı mahnıdır. Ona görə de bu bəstəyə rus dilində söz yazıb oxudum".

M.Arif daha sonra “Bu yaxınlarda Bakıda konsert verəcək Azislə eyni səhnəni paylaşarsınızmı?” sualına da cavab verib:

"Niyə də yox? Hər kəsin öz keyfiyyəti və şəxsiyyəti var. Biz artistik, onsuz da hər kəslə, hər cür insanla səhnə bölüşürük. Bu, bizim üçün təbii haldır. Ümumiyyətlə, başqalarının həyatına qarışmağı sevmirəm. Hər kəs öz şəxsiyyətinə cavabdehdir”.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri