16 
Apr
2015
10:35
24
31
6968
Virtual karabakh

Türkiyədən təklif alan azərbaycanlı model: Yerindən duran özünə model deyir – FOTOSESSİYA

16 Apr, 2015
10:35
6968

Türkiyədən təklif alan azərbaycanlı model: Yerindən duran özünə model deyir – FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu işlər ya pulla, ya da tapşırıqla olur”.

Fotomodel Günel Əliyeva yeni fotosessiya etdirib.

Oxu.Az xəbər verir ki, Günel bir-iki şəkil çəkdirib özünə model deyənləri qınayıb:

 “Modellik mənim hobbimdir. İndi yerindən duran bir-iki fotosessiya etdirib özünə model adını qoyur. Modelin boyu 175 sm-dən başlamalıdır. Amma mən özümə heç vaxt model deməmişəm.

Azərbaycandakı gözəllik müsabiqələrinə qatılmamışam və qatılmaq fikrim yoxdur. Çünki hamıya məlumdur ki, heç kim burada doğurdan qalib olmur. Bu işlər ya pulla, ya da tapşırıqla olur”.

25 yaşlı model ölkəmizdən və  qonşu Türkiyədən film təklifi aldığını söyləyib:

“Bakıda bir çox filmlərə və seriallara təklif almışam. Amma burada çəkilmərəm.

Türkiyədən “Medcezir” serialına dəvət almışam. Sadəcə, hələ ki özümü aktrisa kimi görmürəm. Ona görə də həmin təklifi qəbul etmədim. Amma bu gedişlə deyəsən çəkiləcəyəm”.

Aytən Sadıqzadə
Foto: Elşən Arif
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri