18 
Apr
2015
11:05
150
30
2345
Virtual karabakh

Promotur çərçivəsində Elnur Hüseynov daha bir neçə ölkədə olacaq

18 Apr, 2015
11:05
2345

Promotur çərçivəsində Elnur Hüseynov daha bir neçə ölkədə olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır.

Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov  Avropa promoturu çərçivəsində daha bir çox ölkədə olacaq.

Oxu.Az xəbər verir ki, Elnur artıq Riqada və Budapeştdə olub və orada yerli mətbuata müsahibələr verib.

Hazırda azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır.

Aprelin 20-də Elnur Belçikanın Qent şəhərində olacaq. O, Belçikanın “MENT TV” kanalının efirində klipini təqdim edəcək və müsahibə verəcək. Buradan Yunanıstana gedəcək təmsilçimiz burada “To Proino Mou” səhər şousunda müsahibə verəcək.

Elnur Hüseynovun promoturunun finalı aprelin 26-27-də Gürcüstanda olacaq.

Qeyd edək ki, təmsilçimiz mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında çıxış edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri