24 
Apr
2015
14:22
18
94
5796
Virtual karabakh

İlhamə Quliyeva: Şou biznesin yeganə ağ atının sahibəsi mənəm - FOTO

24 Apr, 2015
14:22
5796

İlhamə Quliyeva: Şou biznesin yeganə ağ atının sahibəsi mənəm - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnanılmaz açıqlamalar...

ANS telekanalında  yayımlanan "A-dan Z-yə" verilişinin növbəti buraxılışında qonaq xalq artisti İlhamə Quliyevadır.

Oxu.Az xəbər verir ki, 25 apreldə yayımlanacaq verilişdə xalq artistinin nəvəsi Ruslan ilk dəfə studiya çəkilişində görünəcək və İlhamə Quliyevanın oğlu Orxan özü də valideyini barədə maraqlı açıqlamalar verəcək.Veriliş zamanı aparıcı Zaur Nəbioğlunun İlhamə Quliyevaya etdiyi növbəti sürpiz isə hamının marağına səbəb olacaq.

Bu barədə Oxu.Az-a aparıcı özü məlumat verib:

"2013-cü ilin fevral ayında aparıcılıq etdiyim “Rəngarəng”də televiziya məkanında ilk dəfə çəkiliş baş verən məkana, daha dəqiq desək, İlhamə xanımın özünün və qonaqlarımızın olduğu və məhz bu çəkiliş üçün qurulan yerə ağ at gətirmişdim. Hər zaman İlhamə xanımın, mən ağ atın üstündəyəm deməsini nəzərə alıb çəkiliş gedə-gedə gedib ağ atı gətirib və ona hədiyyə etmişdim. Hələ o zamanlar bu çox danışılmışdı və hələ də İlhamə xanım öz açıqlamalarında şou- biznesdə yeganə ağ atın sahibəsi mənəm deyir. Biz illər əvvəl etdiyimizi heç vaxt təkrarlamırıq və bu dəfə də seçilmək istədik və şou aləmində yeganə ağ atın sahibəsinə düşündüm ki, ağ göyərçin verim və bu da əbəs yerə deyildi. Verilişi sonadək izləsəniz bu sülh quşunun nədən gətirdiyimi biləcəksiniz. Əvvəlcədən tək onu deyə bilərəm ki, uzun illərdir bunu çox insan gözləyirdi və nəhayət bu, baş tutdu. Onlar bir araya gəlib və bir-biriləri barədə inanılmaz açıqlamanı verdilər. Öz növbəmdə mən fəxr edirəm ki, sənətkarların bu açıqlamalarını ala bildim".

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri