24 
Apr
2015
18:21
18
102
12651
Virtual karabakh

Məşhurların intihar edən övladları – FOTO

24 Apr, 2015
18:21
12651

Məşhurların intihar edən övladları – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç kimi yaşamaqdansa, ölməyi üstün tuturam”.

Paul Newman, Gregory Peck, Charles Boyer, Ray Milland kimi məşhurların gücü uşaqlarını həyata sevgi ilə bağlamağa çatmayıb.

Oxu.Az bəzi məşhurların intihar edən övladları haqqında məlumatı təqdim edir:

Türkiyənin xalq musiqisi sənətçisi Rahmi Saltuk ağrıların ən böyüyünü yaşayıb. O, 21 yaşındakı oğlunu itirib. Baran Saltukun 5-ci mərtəbədən yıxılması yoxsa özünü yerə atması dəqiq məlum deyil. Polisin daha çox intihar variantı üzərində dayandığı bu hadisədə məlum olan tək nəticə, gənc bir oğlanın həyatla yollarının ayrılması idi.

Məşhur türk şairi Ümit Yaşar Oğuzcanıın böyük oğlu Vedat, 6 İyun 1973-cü ildə Qalata qülləsindən özünü yerə atıb.

Türk jurnalist Zülfikar Doğanın 23 yaşındakı oğlu Nusret Özgün Doğan 2005-ci ilin martında Almaniyada özünü bir qatarın önünə atmışdı.

Türkan Şorayın atası Halit Şorayın ikinci həyat yoldaşından olan 34 yaşındakı qardaşı Oktay Şoray isə 1996-cı ilin avqustunda, anası Necla Şorayla yaşadıqları evin 5-ci mərtəbəsindən özünü boşluğa buraxmışdı.

Müğənni Emel Müftüoğlunun qızı Çağrı Müftüoğlu, 1999-cu ildə 16 yaşında ikən 6-cı mərtəbədəki evlərinin balkonundan özünü boşluğa buraxmış, ancaq uzunmüddətli müalicədən sonra həyata geri dönmüşdü.

Dünyanın bəzi ulduzları isə Emel Müftüoğlu qədər şanslı deyildi. Gregory Peck, Charles Boyer, Paul Newman, Louis Jourdan, Jery Lewis, Robert Taylor, Ray Milland ...

Hər biri kino aləmində müvəffəqiyyətin, gücün, əlçatmazlığı, üstünlüyün bir rəmzi idi ...

Dövrünün ən sevimli ulduzlarından olan fransız aktyor Charles Boyerin oğlu Michael, 1965-ci ildə nişanlısının gözləri qarşısında başına bir güllə sıxıb həyatına son verməzdən əvvəl "Atam məni çox sevdiyini iddia edirdi, amma bir dəfə olsun, mənimlə maraqlanmadı. Onu başqaları ilə paylaşmaqdan bezdim. Qız dostlarımın hamısı atamın yaratdığı romantik aşiq tipinə heyrandırlar. Məni də bu səbəblə bəyənirlər. Atamın şöhrəti, mənim şəxsiyyətimi nümayiş etdirməyə imkan vermədi. Heç kimi yaşamaqdansa, ölməyi üstün tuturam" deyib.

Yaxşı ata, nümunəvi ailə başçısı kimi tanınan Gregory Peckin oğlu Jonathan isə atasının şöhrətinə ancaq otuz yaşına qədər dayana bildi. O, məşhur atasının kölgəsində yaşamaqdan bezmişdi. Kinoda atasının izi ilə getməyi sınamış, lakin heç bir zaman ikinci  Gregory Peck ola bilməyəcəyini anlayınca, narkotik maddələrdə təsəlli axtarmışdı. Və 1975-ci ildə televiziya müxbiri olaraq çalışdığı dövrdə, bir güllə ilə həyatına son vermişdi.

 Paul Newman oğlu Scott Newman atasının ona kifayət qədər maraq göstərməməsindən şikayətlənirdi. Uşaqlığı, cavanlıq illəri həmişə ata həsrəti içində keçmişdi. Ağır bir ruhi böhranı sovuşdurmaq üçün böyük səy göstərmiş, atasından ona bu yolda köməkçi olmasını istəmişdi. Paul Newman oğlunun köməyinə qaçdığı zaman isə artıq çox gec idi. Scott Newman 1978-ci ildə bir ovuc dolusu yuxu həbini bir stəkan viski ilə içmiş və həyata əbədi olaraq gözlərini yummuşdu.

Fransız kinosunun məşhur sənətçisi Louis Jourdanın oğlu Louis Henry atasının Los-Ancelesdəki villasında biləklərini kəsərək intihar edib. Louis Henry Jourdan ailəsinin tək övladı idi. Məşhur atası, milyardlıq sərvətini oğlunun ayaqları altına sərmişdi. Lakin ona yaxşı ata ola bilməmiş, bir peşəyə yiyələnməsinə, həyata dörd əllə sarılmasına imkan verməmişdi.

Həmçinin Robert Taylorun ikinci həyat yoldaşı alman aktrisa Ursula Thiessin oğlu Michael 1969-cu ildə, Ray Millandın oğlu Daniel 1981-ci ildə, Jery Lewisin kiçik oğlu Cozef Lewis 2009-cu ildə yaşamaqdan imtina edən digər məşhur övladlarıdır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri