26 
Apr
2015
16:55
280
53
15669
Virtual karabakh

Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar

26 Apr, 2015
16:55
15669

Flora Kərimova: İlhamə bəsdir, yetər bu oyunlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən onu sənətkar hesab etmirəm”.

Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirdi. Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söylədi. Onun sənətinin, səs diapazonunun böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə olmadığını və ona Allahdan can sağlığı arzu etdiyini bildirdi. 

Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım müğənnilərin barışacağı güman edilirdi. 

Oxu.Az xəbər verir ki, xalq artisti Flora Kərimova bu barədə musavat.com-a açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki, barışıq haqda edilən gümanlar yersizdir: 

“Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma verdiyi qiyməti də “siyasi oyun” adlandırıram. 

Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm.  Mən fikrini, yolunu dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam və bundan sonra da inanmaram. 

İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: “İlhamə bəsdir, yetər bu oyunlar!”

Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb. 

Flora Kərimova bu barədə də danışıb: “Zümrüd balaca olanda  daş-qaşa meyilli uşaq idi. İlhamə Quliyeva da efirə, səhnəyə  həmişə alabəzək daş-qaşlarala çıxdığından qızımın ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub. 

Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi  təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?”

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri