May
2015
11:41
20
44
3196
Virtual karabakh

Murad Arif: Düşmən bağrı çatladacağam - AUDİO

6 May, 2015
11:41
3196

Murad Arif: Düşmən bağrı çatladacağam - AUDİO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu iki gündə yüzlərlə mesaj almışam”.

Müəllif və ifaçı Murad Arif çoxdan anons etdiyi yeni “İnşallah” adlı mahnısını təqdim edib.

Oxu.Az-a açıqlama verən aparıcı bildirib ki, yeni bəstənin söz və musiqisi özünə məxsusdur:

“Mahnını Rəşad Bağırov aranjeman edib. Artıq bu mahnı ajiotaj yaradıb. Bu iki gündə yüzlərlə mesaj almışam. Hər kəs mahnını əldə etmək istəyirdi. Əslində tamamailə başqa mahnı təqdim etmək fikrindəydim. Amma bu mahnını bəstələyən kimi saxlaya bilmədim. Əsl isti yay havalarının çoşqulu mahnısıdır. Yüksək səslə dinləyin. Əminəm ki, bəyənəcəksiniz”.

M.Arif  “İnshaAllah” mahnısı ilə bağlı maraqlı bir məqama toxunub:

“Aranjemanda Maykl Jekson İn the closet, Madonna Erotica və Nura Surinin Brilliantlar mahnılarından istifadə etmişəm. Mahnının mövzusu, ritmi məcbur edir ki, maraqlı elementlər əlavə edim. Əminəm ki, hər dəfə dinlədikcə dinləyicilər yeni səslər eşidəcək. Bu mahnı ilə düşmən bağrı çatladacağam. Bu mahnıya klip də çəkdirməyi düşünürəm. Çox güman ki, klipə rejissor Fərhad Əli quruluş verəcək.

Qeyd edək ki, F. Əli M.Arifin ifasında “Həyat yoldaşımsan” mahnısına klip də çəkmişdi.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri