May
2015
12:58
75
303
28242
Virtual karabakh

Miss Azerbaijan bu qız ola bilər – FOTO

6 May, 2015
12:58
28242

Miss Azerbaijan bu qız ola bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrin istifadəçiləri nəticələrdən xeyli təəccübləniblər.

Azərbaycanda “Miss Azerbaijan-2015” müsabiqəsi davam edir.

Oxu.Az xəbər verir ki, hazırda müsabiqənin rəsmi veb-saytında onlayn-səsvermənin bu günə olan nəticələri açıqlanıb.

6 may tarixində nəticələr bunlardır:

1. Əfsanə Qasımova (29%, 15 027 səs)
2. Nataliya Sakalevskaya (23%, 12 038 səs)
3. Yuliya Vajnina (13%, 6 867 səs)
4. Səidə Abdullayeva (11%, 5 551 səs)
5. Turəxanım Qasımlı (7%, 3 831 səs)
6. Leyla İzzətova (6%, 3 014 səs)
7. Nərmin Zamanova (3%, 1 529 səs)
8. Nigar İbrahimova (2%, 1 213 səs)
9. Elvira Quliyeva (2%, 967 səs)
10. Yekaterina Morozova (2%, 819 səs)
11. Aynura Abdullayeva (2%, 815 səs)
12. Mehriban Muradova (1%, 355 səs)
13. Rüqiyyət Nürəddinova (0%, 182 səs)
14. Oksana Barxatova (0%, 150 səs)
15. Səkinə Sarıyeva (0%, 150 səs)

Beləliklə, hazırda onlayn-səsvermənin nəticələrinə görə ilk pillədə 15 min 27 səs toplamış Əfsanə Qasımova qərarlaşıb.

Onu da qeyd etmək lazımdır ki, Əfsanə Qasımova səsvermənin yüksəlişi qəflətən baş verib – mart ayının yekunlarına görə ilk üçlükdə (o zaman ilk pillədə Natali Sokolevskaya, ikinci yerdə Yuliya Vajnina, üçüncü pillədə isə Leyla İzzətova qərarlaşmışdı) yer almayan qız gözlənilmədən 1-ci pilləyə yüksəlib. Bu isə öz növbəsində sosial şəbəkə istifadəçilərinin böyük təəccübünə səbəb olub.

İkinci pillədə isə müsabiqəyə qatıldığı ilk gündən böyük marağa səbəb olmuş Natali Sokolevskaya qərarlaşıb. Hazırda 12 min 38 azərbaycanlı onu ölkənin ən gözəl qızı görmək istəyir.

Üçüncü pillədə isə 6867 səslə Yuliya Vajnina qərarlaşıb.

Onu da əlavə edək ki, hazırda səsvermənin bu günə olan nəticələrini nəzərə alan sosial şəbəkə istifadəçiləri Əfsanə Qasımovanın bu il ölkənin ən gözəl qızı seçiləcəyini güman edirlər.

www.oxu.az


 

 

Oxu.Az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri