19 
May
2015
10:10
94
177
73540
Virtual karabakh

Prodüser: Bagira öldü - FOTO

19 May, 2015
10:10
73540

Prodüser: Bagira öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu dəfə doğrudan da vəfat edib”.

Uzun müddətdir Türkiyədə yaşayan müğənni Bagira dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu haqda prodüser Mikayıl Hüseynov sosial şəbəkədə yazıb:

“2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyinə son qoyduğum üçün elə bilirdi ki, bu məlumatı qəsdən mən yazdırmışam. Türkiyədə olan yaxın dostum bu gün mənə zəng etdi ki, Bagira, yəni Aynurə dünyasını dəyişib. Bir vaxtlar müğənni kimi çalışan xanım bu dəfə doğrudan da vəfat edib. Çox pis oldum. Allah rəhmət eləsin! Elə bir insanam ki, kimliyindən asılı olmayaraq, mənə yaxşılıq edən heç kimi unutmuram. Mənə bir az da olsun yaxşılıq edənin də hörmətini saxlayıram”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri