21 
May
2015
12:52
493
97
46490
Virtual karabakh

Maral Tahirqızı həbs olundu - VİDEO

21 May, 2015
12:52
46490

Maral Tahirqızı həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənniyə hökm oxundu.

Xətai Rayon Məhkəməsində Maral Tahirqızının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, mayın 18-də hakim İbrahim İbrahimlinin sədrlik etdiyi iclasda Maral Tahirqızına hökm oxunub. Hökmə əsasən, M. Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri