21 
May
2015
19:25
479
134
18866
yuxarı
Mətanət Əliverdiyevaya görə ATV-yə söz gəldi
21 May, 2015
19:25
18866
479
134
Mətanət Əliverdiyevaya görə ATV-yə söz gəldi
MTRŞ kanalın rəhbərliyinə irad bildirib.
Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.
Oxu.Az xəbər verir ki, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə sifahi irad bildirilib.
Qeyd edək ki, mayın 20-də efirə gedən “Gündəlik” verilişində Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verməsi ilə bağlı səsləndirdiyi fikirlər ciddi etiraza səbəb olub.
“Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”, - deyə aparıcı verilişində bildirib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
17 
Apr
2024
21:12
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
155
58
2281
17 
Apr
2024
03:56
Heyli Biber yaylığına görə “nənələri təhqir etməkdə” günahlandırılıb - FOTO
33
75
2712