21 
May
2015
20:16
256
1106
90974
Virtual karabakh

Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO

21 May, 2015
20:16
90974

Mətanət: Üzr istəyirəm hamınızdan... - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən gərək daha diqqətli olardım”.

“Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.

Oxu.Az Atv.Az-a istinadən xəbər verir ki, hadisə baş verən günü efirə çıxmaqdan imtina edən aparıcının növbəti gün efirdə hadisəni şərh edərkən dediyi fikirlər bəzi insanlarda qıcıq yaradıb. Mətanət Əliverdiyevanın dediklərini düzgün olmayan formada çatdıran bəzi mətbuat orqanları aparıcı ilə tamaşaçıları üz-üzə qoyublar. Övlad tikisi yaşayan, iki oğul anası olan aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilməyib və faciə qurbanlarının ailəsinə başsağlıq verib, onlardan üzr istəyib:

“Artıq  baş verən hadisənin 3-cü gününü yaşayırıq.  Ayın 19-u  çoxmərtəbəli binanın yanması xeyli sayda insanın xəsarət almasına səbəb oldu,  Allah bütün ölənlərə rəhmət etsin! Orada körpə uşaqlar da var idi,  onlara daha çox acıyıram.  Çünki mən də anayam, mənim də körpə uşağım var.  Bu gün "Gün üzündə" o uşaqları yada salıb çox qəhərləndim.  Bütün qonağlarım da, tamaşaçılar da bilirlər ki, elə bir söz işlətdim ki, bütün kütləvi informasiya vasitələrində yayıdı və mənə qarşı  istifadə olundu.

Mən qeyd edəndə ki, "insanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi" -  bu fikirimi bəzi insanlar  başqa  yerlərə yozdular  və hər yerə yaydılar.  Mən elə bir insanam ki, balaca bir uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da  məndən küsəndə mən ondan üzr istəyirəm. Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlar da qıcıq yaratdılar.  Həqiqətən də buna dəyməzdi. Mən gərək daha  diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın. Təəssüf, oldu...

Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynanyan birisi deyiləm. Mən özüm də iki uşaq anasıyam.  (ağlayır-red)  Bilirsiz, faciələri hamımız yaşayırıq, mən özüm də övlad itirmişəm. Bu məqamı ilk dəfədir ki, səsləndirirəm. Bunu bu günə qədər heç yerdə deməmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?!

Üzr istəyirəm hamınızdan...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri