22 
May
2015
10:01
164
471
70010
Virtual karabakh

İlkin Həsəni ANS-i təhqir etdi - FOTO + VİDEO

22 May, 2015
10:01
70010

İlkin Həsəni ANS-i təhqir etdi - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Belə bir şərəfsizliyi görmədim!”.

ANS TV-nin Xəbərçi informasiya proqramında ATV-nin aparıcısı Mətanət Əliverdiyeva haqda sujet yayımlanıb.

Oxu.Az xəbər verir ki, müəllifi Ləman Ələşrəfqızı olan həmin materialda ATV-nin efirində aparıcı tərəfindən yanğınla bağlı səslənən fikirlər sərt tənqid edilib. 

Aparıcının “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri ilə bağlı hazırlanan materialı təqdim edilib.

Atv-nin aparıcısı İlkin Həsəni olanlara biganə qalmayaraq ANS-ə sosial şəbəkə vasitəsilə ismarış göndərib:

“14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim! Bəs,  hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz,qərəzsizliyiniz? Başa düşürəm TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz!”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri