23 
May
2015
00:23
311
140
37692
Virtual karabakh

Xatirə “Maşın”dan Mehriban Xanlarovanı uzaqlaşdırdı - VİDEO

23 May, 2015
00:23
37692

Xatirə “Maşın”dan Mehriban Xanlarovanı uzaqlaşdırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki qadın təmsilçi qarşı-qarşıya çıxdı.

“Maşın” şounun növbəti buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Xatirə İslama yarışmanı tərk etməyə namizəd olub.

Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda Xatirə səs yığacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı çıxaracağını deyib. Bundan sonra iki xanım iştirakçı arasında qalmaqal başlayıb. 

M.Xanlarova da tamaşaçılardan Xatirə üçün “getsin”ə səs verməyi xahiş edib. O, avtomobilə çox ehtiyacı olduğunu bildirib.

Sonda müğənni 64.14% səs yığaraq aktrisanı yarışmadan uzaqlaşdırıb. 

Şouda iştirakını davam etdirənlər müğənnilər Emil Bədəlov, X.İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri