25 
May
2015
01:10
122
138
31474
Virtual karabakh

“Maşın”da gərginlik pik həddə çatdı - VİDEO

25 May, 2015
01:10
31474

“Maşın”da gərginlik pik həddə çatdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daha bir iştirakçı üçün “nağıl” bitdi.

ANS-in efirində yayımlanan “Maşın” realiti-şousunun növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, müəllifi və aparıcısı Murad Dadaşov olan şouda iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Samir Cavadzadə yarışmanı tərk etməyə namizəd olub.

Samir Cavadzadə səs topladığı təqdirdə Aşıq Əlini oyundan uzaqlaşdıracağını deyib. 

Bu zaman stilist Anar Ağakişiyevlə Aşıq Əli arasında qalmaqal yaşanıb. Stilist aşıqla eyni yarışda qalmaq istəmədiyini deyərək, tamaşaçılardan Samir üçün səs istəyib. Aşıq Əli əlini avtomobildən çəkərək, getmək istədiyini bildirib:

“Murad müəllim, məni bura siz dəvət etmisiniz. Və bugünə kimi burda sizin üçün və tamaşaçılar üçün gücüm çatana qədər mübarizə apardım. Məni kimsə çıxartmayıb, nədə buna kiminsə gücü çata bilməz. Və indidən mən getməyimi sizdən xahiş edirəm. Uğurlar hər bir iştirakçıya. Rahat olun.”

Nəticədə oyunun sonunda S.Cavadzadə 54,54 faiz səs toplayaraq şouda oyunda qalıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri