İyn
2015
16:12
107
246
39844
Virtual karabakh

Aytən Səfərova ANS-dən çıxarıldı? – RƏSMİ AÇIQLAMA

5 İyn, 2015
16:12
39844

Aytən Səfərova ANS-dən çıxarıldı? – RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ANS”in rəsmisi məsələyə aydınlıq gətirib.

ANS-in tanınmış siması, aparıcı Aytən Səfərova bir neçə müddətdir ki, efirdə görünmür.

Oxu.Az xəbər verir ki, Aytən Səfərovanın aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişi həmişə olduğu kimi həftə içi hər gün eyni vaxtda yayımlansa da, verilişi Samir Cabbarov aparır.

Bir çox internet portallarında və Səfərovanı sevənlər arasında isə onun işdən çıxarılması barədə xəbərlər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün Oxu.Az-ın əməkdaşı ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədovla əlaqə saxlayıb.

O, deyib:

“Aytən Səfərova ANS-də işləyir və bundan sonra da işləyəcək. Yazılanlar və yayılan xəbərlər şayiədir. Özünü pis hiss etdiyinə görə hələlik efirə çıxmır”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri