İyl
2015
12:52
120
361
44384
Virtual karabakh

“Space” üzr istədi – VİDEO

1 İyl, 2015
12:52
44384

“Space” üzr istədi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ciddi tədbir görülməlidir”.

Dünən “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənlərlə bağlı kanalın rəhbərliyi ilə ciddi söhbətimiz oldu. Kanal rəhbərliyi baş verənlərə görə üzr istədi və tədbir görüləcəyinə dair söz verdi.

Oxu.Az xəbər verir ki, bu sözləri APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri bu tip verilişlərlə bağlı monitorinq şöbəsinə xüsusi tapşırıq verdiyini bildirib:

“Bu tip verilişlər bizim xüsusi diqqət mərkəzimizdədir. Monitorinq şöbəsinə xüsusi tapşırıq vermişəm. Belə verilişlər haqqında arayış hazırlanacaq. Hesab edirəm ki, ciddi tədbir görülməlidir”.

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib.

E.Ə.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri