İyl
2015
16:13
39
134
62183
Virtual karabakh

Mətanət Əsədovanı söyən “alim”lə bağlı – ŞOK MƏLUMAT

2 İyl, 2015
16:13
62183

Mətanət Əsədovanı söyən “alim”lə bağlı – ŞOK MƏLUMAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, öz şagirdini zorlayıbmış.

Bir neçə gündür ki, "Space"in "Gündəlik" verilişində baş verənlər mediada və sosial şəbəkədə müzakirələrə olub. 

Oxu.Az xəbər verir ki, aznews.az-a müğənni Mətanət Əsədovanı söyən, özünün alim kimi təqdim edən yazarla bağlı çox maraqlı faktlar daxil olub.

Məlum olub ki, özünü ziyalı, yazar, şair kimi təqdim edən bu yarıyaşlı kişi bir neçə il öncə Biləsuvar rayonunda, çalışdığı Cəbrayıl orta məktəbində əxlaqsız hərəkətlərinə görə işdən qovulub.

İddia edilir ki, o, öz şagirdini zorlayıbmış. Bəziləri isə şagirdini deyil, məktəbin xadiməsini zorladığını bildirir. 

Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova Ə.Musaoğlunun 3 il bundan öncə Biləsuvar rayonunda yerləşən Cəbrayıl qaçqın məktəbində müəllim işlədiyini, sonra müəllimə yaraşmayan hərəkətlər etdiyinə görə işdən qovulduğunu təsdiqləyib:

“Bəli, yayılan informasiya doğrudur. Həmin vaxt məktəbdə qeyri-pedaqoji bir hadisə baş vermişdi. Əziz müəllim məktəbin texniki işçisinə qarşı nalayiq, əxlaqsız hərəkət etmişdi. Təhsil Nazirliyi də bu hadisədən xəbər tutduqdan sonra onu məktəbdən uzaqlaşdırdı”.

Lakin bir müddət sonra o yenidən müəllim kimi işləməyə başlayıb. Təhsil Şöbəsinin müdiri bildirib ki, nazirlik Ə.Musaoğlunun pedaqoji fəaliyyətini və qaçqınlığını nəzərə alaraq, Xırdalan şəhərində yerləşən Cəbrayil məktəbində işləməsinə razılıq verib:

“Müəllimi dolandırıb, yaşatmaq borcumuz idi. İstəmədik ki, o, gedib nökərçilik etsin və müəllim adına xələl gətirsin”. 

Validə Həsənova Əziz Musaoğlunun “Space”in efirində qeyri-etik davranışından da söz açıb:

“Biz Cəbrayil qadınları Əziz Musaoğlunun bu hərəkətindən çox sarsıldıq. O, özünə alim deyir. Bildiyimə görə pedaqoji elmlər namizədidir.

Belə alimin Allah boynunu qırsın, ona lənət olsun. Mən bilmirəm, daha nə deyim? Azərbaycan qadınını, xüsusi ilə də sənətkarını təhqir etməzlər. Bu olayı eşidəndə şəxsən mən çox əsəbiləşdim. Qadını heç vaxt təhqir etməzlər”.

V.Həsənovanın fikrincə, Ə.Musaoğlu heç bir ölçüyə sığmayan hərəkət edib:

“Cəbrayil qadınları adından deyirəm. O, cəbrayıllıların adına layiq olmayan bir addım atıb. Əziz isə 9 milyon xalqın qarşısında o xanımı təhqir edib. Biz onun hərəkətini pisləyirik. Mən müəllim kimi deyil, bir qadın kimi qadınların təhqir olunmasının əleyhinəyəm. Əziz Musaoğluna ayıb olsun”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri