İyl
2015
18:55
21
85
10633
Virtual karabakh

Başından güllələnən müğənnidən acı xəbər

2 İyl, 2015
18:55
10633

Başından güllələnən müğənnidən acı xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İfaçının anası sənətçi Sibel Candan giley edib.

Diyarbəkirdə məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və Qazi Yaşargil Təhsil Araşdırma Xəstəxanası Beyin Cərrahiyyə Reanimasiya Şöbəsində 38 gün sonra gözlərini açan Mutlu Kaya ailəsini sevincə qərq etmişdi.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu xoşbəxtliyin yerini son günlərdə gözyaşları əvəz edib. Ailəsi qızlarının müalicəsinin davamı üçün Gülhanə Hərbi Tibb Akademiyasına yatırılmasını söyləyir. Lakin valideynləri 19 yaşlı ifaçını həmin xəstəxanaya yerləşdirə bilmədiyi təqdirdə şikəst qalacağını deyib. Buna görə narahatlıq keçirən Mutlu Kaya son günlərdə davamlı şəkildə ağlayır. Danışmağa çətinlik çəkən Kaya yemək və içməkdən kəsildiyi üçün 5 kilo itirib.

Kayanın anası “Həkimlər burada nə müalicə lazımdırsa, hamsının edildiyini söylədilər. Ayağa qalxa bilməsi üçün Gülhanə Hərbi Tibb Akademiyasında müalicə lazım olduğunu dedilər. Mutlu şikəst qalacağı qorxusuyla davamlı olaraq ağlayır. O, 5 kilo çəki itirib. Onu razı edə bilmirəm. Gözlərim önündə əriyir” deyib.

Sənətçi Sibel Candan giley edən ana “Bura gələn hər kəs getdikdən sonra bir daha bizimlə maraqlanmadı. Məni ən çox Sibel Can üzdü. Qızım vurulduqdan sonra xəstəxanaya keçmiş olsun ziyarətinə gəlmişdi. Yanımızda olacağını söyləmişdi. Ancaq getdikdən sonra bir daha nə axtardı, nə də soruşdu” deyə, açıqlama verib.

Ergani İcra Hakimiyyəti isə maddi vəziyyəti yaxşı olmadığı üçün xəstəxana qapısında günlərdir gözləyən Kaya ailəsinə 9 min lirə maddi dəstək göstərib. Mutlunun bundan sonrakı müalicəsi üçün Vakıfbankda açılan kömək hesabına 10 gündə yalnız 223 lirə yardım edilib.

Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi prof., dr. Hikmət İyem isə Mutlunun mülaicəsi ilə əlaqədar prosesin davam etdiyini söyləyib:

 “Baş nazirin sözcüsü ilə görüşdük. Gülhanə Hərbi Tibb Akademiyasına hesabatlarını göndərdik. Bu an yataq nizamlanır. Bir neçə gün içində təcili yardım təyyarəsi ilə göndərəcəyik. Baş nazir Davudoğlunun şəxsən doktoru mövzuyla maraqlanır”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri