İyl
2015
10:47
85
78
12190
Virtual karabakh

Zərrab ailəsi 5 ilədək həbs oluna bilər – FOTO

3 İyl, 2015
10:47
12190

Zərrab ailəsi 5 ilədək həbs oluna bilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxud 5 min lirə ilə cərimə ödəyəcək.

17 dekabr sui-istifadə istintaqında bir müddət məhbus qalan iş adamı Rza Zərrab ilə həyat yoldaşı Ebru Gündeşə aid Kanlıcadakı bina sökülərək köhnə halına gətiriləcək.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Osmanlı dövründə inşa edilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər olaraq siyahıya salınan binalarda ötən il restavrasiya işlərinə başlanılıb.

Hündürlüyü dəyişdirilmədən 3 mərtəbədən 4 mərtəbəyədək ucaldılan evlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəzarətə götürülüb. 

Rza Zərraba qarşı iddia ərizəsi ilə çıxış edilərsə, iş adamını 5 ilədək həbs cəzası gözləyir. Aparılan araşdırmalar zamanı məlum olub ki, restavrasiya zamanı 2960 saylı Boğaziçi qanunu pozulub. Əvvəlcədən təqdim olunan layihədə göstərilmədiyi halda, iki tarixi bina arasında yeraltı tunel, əlavə dördüncü mərtəbə və lift inşa edilib. 

Tarixi əsəri bilərəkdən dəyişdirmək 2863 saylı qanunun 9-cu maddəsinə əsasən cinayət işi sayılır. Bunun isə cəzası 2 ildən 5 ilədək həbs, yaxud 5 min lirə (təxminən 1950 manat) pul cəriməsidir.

Qeyd edək ki, Boğaziçində Kanlıca sahilində ümumi binalardan ikisini 2011-ci ildə satın alan iş adamı Rza Zərrab, ağ olanı öz adına, sarı olan sadə binanı isə həyat yoldaşı Ebru Gündeşə doğum hədiyyəsi olaraq vermişdi. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri