16 
Apr
2024
13:52
4
148
2881
Virtual karabakh

Xanım Qafarovanın qızı: “İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də...”

16 Apr, 2024
13:52
2881

Xanım Qafarovanın qızı: “İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aprelin 5-də nənəmin 85 yaşı tamam oldu. Evdə müalicə alır. Həkimlər deyir ki, yaş öz sözünü deyir, bundan sonra çətin ayağa qalxıb gəzə bilsin. Yataq şəraitindədir. Ayağının hər ikisi qırılıb. Evin içində gəzəndə gecə vaxtı yıxılıb bir ayağını qırmışdı. Gəzməyə çalışanda əlindəki əsası yerə düşüb, götürmək istəyəndə o biri ayağını da qırıb. Nənəmə mən, xalam, xalamın qızı və oğlu baxır. Kim evdədirsə, o baxmağa çalışır”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova bildirib. 

Gövhər bildirib ki, atası Aqil Gülmalıyev də dünyasını dəyişib.

“Atam bir ildir ki, dünyasını dəyişib. Xəstəxanada yatırdı, ciyərinə su gəlmişdi. Yanına getsəm də, xəstəxanada onu görməyə imkan olmadı. Həkimlər yanına buraxmadılar, görməyə icazə yox idi. İki gün sonra atamın həyat yoldaşı zəng edib öldüyün bildirdi. Sonra evə getdim. Bu gün də məzarını ziyarət edirəm. Əlaqəmiz var idi, danışırdıq, həmsöhbət olurduq. İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır. O qayğını, o sevgini tam olaraq görmürsən. Heç bilmirsən ki, valideyn qayğısı və sevgisi nə olan şeydir. Düzdür, nənəm, xalam bu yaşıma qədər məni böyüdüb, yetərincə qayğı və sevgi veriblər, amma təbii ki, heç biri ana-ata sevgisini əvəz edə bilməz. Tək təsəllim sadəcə onu düşünərək həyatıma davam edirəm ki, hazırda yanımda atam və anam olsaydılar, məni gələcəkdə necə görmək istəyərdilər? Ona uyğun olaraq da çalışıram. Tək təsəllim hazırda budur”, - deyə Gövhər Qafarova bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri