29 
İyl
2015
16:20
19
47
7015
Virtual karabakh

Nüşabə Ələsgərli: Bacım xərçəngdir, kömək istəsəm, deyəcəklər ki...

29 İyl, 2015
16:20
7015

Nüşabə Ələsgərli: Bacım xərçəngdir, kömək istəsəm, deyəcəklər ki...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onların ümidi Allaha qalıb”.

Əməkdar artist Nüşabə Ələsgərlinin bacısı xərçəng xəstəliyindən əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, əməkdar artist bu haqda “Qafqazinfo”ya açıqlamasında məlumat verib: 

“Həyatda bütün problemlərin öz həlli var, əsas odur ki, insanın canı sağ olsun. Keçən dəfə bir sinif yoldaşımla toyda rastlaşdıq, dedi ki, xərçəngdir və imkanı yoxdur müalicə almağa, məndən kömək istədi. Çarəsiz qaldım. Mənim bacım da xərçəng xəstəliyindən əziyyət çəkir. Ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlər üçün yardım, sığorta yoxdur.  Diabet, böyrəkçatışmazlığı və bir çox ağır xəstəliklər üçün dövlət yardım ayırıb. İstərdim ki, onkoloji xəstələrə yardım edilsin. Onların ümidi Allaha qalıb. Bu xəstəlikdən əziyyət çəkənlərin ölümə məhkum olduqları məlumdur. Onları az da olsa, yaşatmaq, sağalma ehtimallarını dəyərləndirmək lazımdır”.

Ələsgərli bacısı üçün heç bir quruma müraciət etmədiyini qeyd edib:

“Heç yerə müraciət etməmişik. Çünki kimdən kömək istəsəm, deyəcəklər ki, müğənnisən, milyonun var. Özün xəstəni sağalt. Bizim imkanımız çatmır ki, bacımın müalicəsini tam edək. Dərmanlar çox bahadır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri