18 
Apr
2024
22:40
182
16
1064
Virtual karabakh

Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO

18 Apr, 2024
22:40
1064

Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov muğam ifaçısı Pərviz Qasımovun ictimai qınağa tuş gələn səhnə geyiminə münasibət bildirib.

Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu zəmanədə kiminsə geyiminə qadağa qoymaq mümkün deyil:

“Pərviz Qasımov necə istəyirsə, elə də geyinsin. Onsuz da bu saat müğənni qadınlar necə gəldi geyinirlər. Kişilər də belə geyinib səhnəyə çıxanda söz-söhbətə səbəb olur. Olsun, nə edək? Kiməsə geyiminə görə heç nə edə bilmərik. Amma buna baxmayaraq, biz bütün muğam ifaçılarına deyirik ki, səhnəyə səhnə geyimində çıxmaq lazımdır. Qadınlar da gözəl formada geyinməlidirlər, açıq-saçıq olmaz və s. Kim necə geyinir özü bilər. Geyim haqqında qadağa yoxdur. Dərsə gələndə də necə gəldi geyinirlər”. 

Qeyd edək ki, məşhur xanəndə Pərviz Qasımovun geyimi ictimai qınağa tuş gəlib. Xanəndə məclislərin birində idman paltarında səhnəyə çıxıb və canlı muğam oxuyub. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri