30 
İyl
2015
09:37
74
51
8862
Virtual karabakh

Aygün Kazımova: Natavan Həbibi barədə dediyimi təkzib edirəm

30 İyl, 2015
09:37
8862

Aygün Kazımova: Natavan Həbibi barədə dediyimi təkzib edirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır”.

Xalq artisti Aygün Kazımova İnstaqram hesabında müğənni Natavan Həbibi ilə aralarında yaşanan məhkəmə prosesindən yazıb.

Oxu.Az xəbər verir ki, Kazımova həmkarı haqqında dediklərini təkzib edib, lakin üzr istəməyib:

“Qeyd edim ki, mən öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natavan Həbibi barədə dediyimi təkzib edirəm”.

Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməli idi. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri