30 
İyl
2015
09:53
24
67
8563
Virtual karabakh

Elza ilə Ülvira dalaşdı: Çaşma

30 İyl, 2015
09:53
8563

Elza ilə Ülvira dalaşdı: Çaşma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Verilişdən gedərdim, amma telekanala hörmətim var”.

Əməkdar artist Elza Seyidcahanla aparıcı Ülvira Qarayeva arasında qalmaqal yaşanıb.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, “Evdəyik” verilişinin qonağı olan müğənni aparıcının ona “Maraqlı insan” deyə, müraciət etməsinə əsəbiləşib. 

Aqressiv reaksiya verən E.Seyidcahan Ü.Qarayevaya bunları deyib:

“Veriliş başlayan kimi xətrimə dəydin. Verilişdən gedərdim, amma telekanala hörmətim var. Mən maraqlı adam deyiləm. Nə qədər aparıcılarımıza xəbərdarlıq etməliyik? Ağıllı xanımsan, səni öyrətməyəcəm ki. Maraqlı insan başqadır, sənətkar başqa. Efirə gəldik, ruhumuzu öldürdünüz. Vaxtım olmayıb, bir neçə dəfə dəvət etmisiniz verilişə gəlməmişəm. Sən veriliş aparırsan, nəsə etmək istəyirsən. Yerləri səhv salırsan. Çaşma. Çaşırsan, elə bilirsən verilişinə gəlməmişəm deyə, belə edə bilərsən”.

Daha sonra E.Seyidcahan studiyanı tərk edib.  

Təəccüblənən Ü.Qarayeva əməkdar artistə hörmət etdiyini bildirib:

“Siz bizim 76 dəfə ruhumuzu öldürmüsünüz. Dəvət etmişik verilişə gəlməmisiniz. Gözümdən düşmürsünüz. Maraqlı insan dedim küsdünüz? Mənim sizə hörmətim var. Təəssüf ki, verilişi tərk etdiniz. Azərbaycanda heç kimin etmədiklərini edib. Öz saç düzümündə, xarici görünüşündə, konsertlərində yenilikləri ilə fərqlənib. Kaş ki mənə maraqlı insan deyərdilər. Elza xanım getdi, onun şərəfinə bir tuş istəyirəm”.

Ü.Qarayeva oynamağa başlayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri