20 
Apr
2024
16:23
155
634
33239
Virtual karabakh

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

20 Apr, 2024
16:23
33239

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb.

Oxu.Az bildirir ki, mərhum sənətçi anası Gülü Məmmədovanın yanında dəfn olunub.

 

16:06

Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb.

Oxu.Az bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır.

15:48

Əməkdar artist Cavanşir Məmmədovun nəşi Göy məsciddən evinə aparılıb.

Oxu.Az bildirir ki, mərhum sənətçi ilə vida mərasimi keçirilir.

15:26

Əməkdar artist Cavanşir Məmmədov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında Cavanşir Məmmədovun qudası Vəli Məmmədov deyib.

Onun sözlərinə görə, mərhum sənətçi yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirmiş:

“Hazırda başımız yas məclisinə qarışdığı üçün onun konkret olaraq nədən vəfat etdiyini bilmirik, heç həkimin verdiyi kağıza da baxmamışıq”.

Hazırda Cavanşir Məmmədovun cənazə namazı qılınır.

15:15

Bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəşinin ekspertizası bitib.

Oxu.Az-ın məlumatına görə, onun cənazəsi Göy məscidə gətirilib.

13:57

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

Daha çox şəkil burada: PhotoStock.az

13:18

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

12:55

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib. 

Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib. 

Əzizə İsmayılova, Rövşən Əsədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri