30 
İyl
2015
13:32
17
73
4446
Virtual karabakh

Nadir Qafarzadə şah oldu – FOTOSESSİYA

30 İyl, 2015
13:32
4446

Nadir Qafarzadə şah oldu – FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bunu İlhamə xanım mənə verib”.

Müğənni Nadir Qafarzadə yeni obrazda fotosesssiya etdirib.

Oxu.Az-ın məlumatına görə, ifaçı yeni layihəsinin çəkilişləri üçün başına tac taxıb. Müğənni hər bir fotoda müxtəlif obrazları canlandırıb:

“Bir müddət öncə bu fotosessiyanı etdirdim. Çox xoşuma gəldi. Çünki hər bir fotonun öz obrazı var. Hətta sosial şəbəkədəki səhifəmdə də bir neçəsini paylaşmışam. Hər bir fotoya da öz şərhimi vermişəm. Məsələn bir şəklə “Yaxın gəl qorxaq, namərdliyin yetər” sözünü qeyd etmişəm”.

N.Qafarzadə başına tac taxmasından da danışıb:

“Mən hər zaman başıma tac taxmıram. Sadəcə çəkiliş üçün istifadə etdim. Xalq artisti İlhamə Quliyeva mənə “Şah” titulunu verib. Bu mənə bəs edər”.

Qeyd edək ki, İ,Quliyeva bir müddət öncə N.Qafarzadəyə “Şah” titulu verərkən bu sözləri demişdi: “Nadir böyük sənətkardır. Mən ona bu yaxınlarda “Şah” titulunu verdim. Bu gündən sonra maqazin proqramlarında sənə “Nadir” deyə müraciət etsələr, sən də buna etiraz etməsən, səndən küsəcəyəm. Hər kəsdən tələb et ki, “Nadir şah” desinlər. Kim sənə “Nadir şah” demək istəmirsə, de, qulaq burması verək. Bu titulu mən sənə vermişəm”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri