26 
Apr
2024
16:00
131
63
2447
Virtual karabakh

Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”

26 Apr, 2024
16:00
2447

Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər”.

Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib.

O, daha sonra əlavə edib:

“Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz səviyyələrinə uyğun nəsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, “YouTube” hesablarına da yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu sadəcə bildirişdir. İnsan tərbiyəsiz olmaz. Heç olmasa icazə almaq lazımdır. Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun və gətirib mənə qonorar versin”.

Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki, müəllif hüquqları pozulduğu halda müəllif və hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.

“Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı barədə şəhadətnamə ala bilərlər. Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı məlumat üçün agentliyin “960” çağrı mərkəzinə müraciət edə bilər”, - deyə agentlik rəsmisi bildirib.

Qeyd edək ki, Tahir Əkbər 2018-ci ildə vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri